Türk ordusu İraqın şimalında Pəncə-Kilit əməliyyatı bölgəsində 7 PKK terrorçusunu zərərsizləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçular hərbi aviasiya ilə məhv edilib.