Tıxaca görə sürücüləri günahlandırdı - "Bəzi sürücülərin səhlənkarlığı..."

İyunun 10-12-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtda bağlanmış, istiqaməti dəyişdirilmiş küçə və prospektlər barədə məlumat verməyimizə baxmayaraq, təəssüf ki, bəzi sürücülərin səhlənkarlığı, diqqətsizliyi, şəxsi mənafelərini ictimai mənafelərdən üstün tutulmaları bəzən narahatlıq yaradır.

Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Formula-1 yarışları ilə bağlı şəhərin bəzi küçələrinin bağlanması, digər küçələrdə sıxlığın dözülməz həddə çatması barədə danışarkən deyib.

V.Əsədov qeyd edib ki, texniki cəhətdən nasaz avtomobilin idarə edilməsi və ya kiminsə “özünəməxsus qaydada” manevrlər etməsi, hərəkət istiqamətinin bir zolağında maşını saxlaması və digər səbəblər sıxlığa təsir göstərir:

"Texniki nasaz avtomobillərdən imtina etmək, qaydalara tam əməl etmək lazımdır. Yol ayrıclarında iki-üç polis əməkdaşımız nizamlayıcı qismində olur. Nizamlayıcı polisin göstərişinə ciddi şəkildə riayət edilməlidir. Əfsuslar olsun ki, bəzi sürücülərimiz yol zolaqlarına və dayanma-durma qaydalarına düzgün əməl etməməklə süni sıxlığın yaranmasına səbəb olurlar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR