Ərdoğandan SƏRT BƏYANAT: Zarafat etmirəm, ağlını başına al

“Yunanıstanı hərbi fəaliyyətin qadağan edildiyi adaları silahlandırmaqdan imtina etməyə, beynəlxalq müqavilələrə əməl etməyə çağırıram”.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. “Tezliklə dayandırın, zarafat etmirəm” deyən Ərdoğan bildirib ki, bəzi yunan siyasətçilər əsasız bəyanatları ilə gündəm olmağa çalışır:

“Beynəlxalq müqavilələrə əməl edin. Yunanıstanı təhrik etmələrini soyuqqanlı şəkildə qarşıladıq. Ancaq bu səbrimiz qarşı tərəfdə səhv başa düşülür. Yunanıstan ağlını başına alsın. Türkiyə lazım olanda hüquqlarını müdafiə etmək üçün geri addım atmaz”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR