Azərbaycan Mərkəzi Bankı dünya çempionatı ilə bağlı pul nişanları tədavülə buraxır

Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına həsr olunmuş qızıl və gümüş xatirə pul nişanlarının tədavülə buraxılmasını elan edir.

Metbuat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilir ki, müvafiq monetaların satışı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) rəsmi tərəfdaşı olan “MDM Münzhandelsgesellschaft MBH&CO KG Deutsche Münze” şirkəti (www.mdm.de) tərəfindən həyata keçiriləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR