Molladan qısa ətək geyinən qadına ŞOK REAKSİYA: "Masanın arxasına keç" /

Türkiyənin Şanlıurfa bölgəsində keçirilən tədbir zamanı gərginlik yaşanıb.

Metbuat.az xəbər verir ki, tədbirin mövzusu “erkən yaşda evlilik” olub. Tədbirdə din adamları da iştirak edib. Çıxış üçün vəkil Cəmilə Didəm Karaboğanın qısa ətəkdə səhnəyə çıxması din adamlarının etirazına səbəb olub. Din adamları bildirib ki, uşaqların cinsi həyatı ilə bağlı təbliğat xarakterli açıqlamalar verən qadın qısa ətəkdə səhnədə olmamalıdır. Bu uşaqlar üçün pis nümunədir. Din adamları “sən masanın arxasına keç! Biz din adamlarıyıq” deyə etiraz ediblər. Etirazlardan sonra vəkil çıxışını dayandıraraq, salonu tərk edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR