"Qarabağ"a rəqib olan "Lex" azarkeşlərinin

Çempionlar Liqasında "Qarabağ"la qarşılaşan "Lex" azarkeşləri püşkün nəticəsindən çox da məmnun qalmayıblar.

Metbuat.az xəbər verir ki, klubun rəsmi səhifəsində narazılıqlarını bildirən azarkeşlər "Qarabağ"ı potensial qərib kimi görürlər. Şərhlərdə 2020-ci ilin oktyabrın 1-də UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın 3:0 hesabı ilə "Legiya"nın məğlub etməsi əsas müzakirə obyektinə çevrilib.

Azarkeşlər ""Qarabağ" güclü komandadadır", "Qarabağ" avrokuboklarda çoxdandır ki, qrup mərhələsinə yüksəlir", "Çox çətin olacaq", " Asan olmayacaq" deyə şərhlərdə qeyd ediblər.

Qeyd edək ki, "Qarabağ" ilk oyununu 5-6 iyulda səfərdə, cavab qarşılaşmasını isə 12-13 iyulda evdə keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR