"Qarabağ"ın hücumçusu Seneqalın ikinci ən yaxşı bombardiri olub

"Qarabağ"ın futbolçusu İbrahima Vadji 2021/2022 mövsümündə Seneqalın ən yaxşı bombardirləri sırasına düşüb.

Metbuat.az xəbər verir ki, 27 yaşlı hücumçu wiwsport.com nəşrinin hazırladığı siyahıda ikinci yeri tutub.

O, ötən mövsüm ərzində qatıldığı bütün turnirlərdə 16 qol vurub. Qollardan 11-i Azərbaycan Premyer Liqasına, 4-ü ölkə kubokuna, 1-i isə Konfrans Liqasına təsadüf edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR