Bakı səhəri yenə tıxacla qarşıladı - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb.

Metbuat.az Mərkəzin məlumatını təqdim edir:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Bakı Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;

2. Moskva prospektində - Bakı Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq;

3. Rövşən Cəfərov küçəsində - 20 Yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;

4. Binəqədi şossesində - mərkəz - "Azadlıq prospekti" metrostansiyası istiqamətində sıxlıq;

5. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq;

6. Əsəd Əhmədov küçəsində, Dadaş Bünyadzadə küçəsi ilə kəsişmədən A.Şərifzadə küçəsi ilə kəsişməyədək Zərdabi prospekti istiqamətində sıxlıq;

7. Heydər Əliyev prospektində - "Koroğlu" metrostansiyasının qarşısından 5 saylı ASAN Xidmət mərkəzinin qarşısına qədər kənar yolda sıxlıq;

8. Koroğlu Rəhimov küçəsində, Təbriz küçəsi ilə kəsişmədən ak.Həsən Əliyev küçəsi istiqamətində sıxlıq;

9. Gülarə Qədirbəyova küçəsində, Heydər Əliyev Mərkəzinin yanından Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR