Azərbaycan milli komandası Türkiyə ilə yoldaşlıq oyunları keçirəcək

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyə yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək.

Metbuat.az AFFA-ya istinadən xəbər verir ki, hər iki qarşılaşma iyunun 24-dən 29-dək İstanbulda gerçəkləşəcək təlim-məşq toplanışı zamanı baş tutacaq. Görüşlər iyunun 25-də və 28-də olacaq.

Milli komanda bundan əvvəl isə Bakıda toplanış keçəcək. Hazırlıq prosesi iyunun 18-də başlayacaq və 6 gün davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR