Tokayevdən Putinə ŞOK "ZƏRBƏ": Qəzəblənib təlimat verdi -

Qazaxıstan Prezident Qasım Jomart-Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Ukraynanı dəstəkləyən bəyanatlar səsləndirməsi Moskvanı qəzəbləndirib.

Metbuat.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, Rusiya buna görə də Qazaxıstan neftinin Novorossiysk limanından daşınmasını dayandırıb. Məlumata görə, Rusiya tərəfi ixracın dayandırılmasını liman sularında İkinci Dünya müharibəsi aid mina ola biləcək obyektlərin tapılması ilə əlaqələndirib.

Qeyd edək ki, Prezident Qasım Jomart-Tokayev Sankt-Peterburq forumunda Ukraynanın suverenliyini dəstəkləyən bəyanatlar səsləndirib. O bildirib ki, Qazaxıstan Ukrayna ərazisindəki qondarma respublikaları tanımayacaq. Rusiya mənbələrinin məlumatına görə, bu bəyanatlar Kreml üçün gözlənilməz olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR