"Kəpəz" sabiq futbolçusunu geri qaytarıb

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Gəncə təmsilçisi Tural Axundovu transfer edib.

34 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tural Axundov 2015 - 2017-ci illərdə də "Kəpəz"lə olub və 2 mövsüm komandanı kapitan kimi meydana çıxarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR