Azərbaycan məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasını səbirsizliklə gözləyir -

“Azərbaycan məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasını səbirsizliklə gözləyir”.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi "Tviter" səhifəsindəki paylaşımda deyilir.

"Bu gün bütün dünyada qaçqınların və məcburi köçkünlərin gücünü və dözümlülüyünü yad etdiyimiz bir gün olan Ümumdünya Qaçqın Günüdür. Azərbaycan məcburi köçkünlərin və qaçqınların öz doğma torpaqlarına qayıtmasını səbirsizliklə gözləyir və Qarabağ regionunda yeni səhifənin başlanmasını qeyd edir. Ağalı kəndi tezliklə məcburi köçkün ailələrini qəbul edəcək", - paylaşımda qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR