Ekvadorda etirazçılar parlament binasına hücum etdi

Ekvadorda bir neçə gündür davam edən etiraz aksiyaları toqquşmalarla yadda qalıb.

Metbuat.az xəbər verir ki, dövlətin iqtisadi siyasətinə etiraz edən nümayişçilər parlament binasına hücum edib. Nümayişçilər polis və hərbçilərin müqavimətini qıraraq binanın girişinə yaxınlaşsalar da, asayiş keşikçiləri onların qarşısını ala bilir. Kütlənin qarşısını almaq üçün polis intensiv şəkildə gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, etirazlar zamanı ümumilikdə 4 nəfər ölüb. 100-dən çox etirazçı yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR