Baydenin toplantısındakı vərəq hamını təəccübləndirdi: Oxuyanlar heyrətə gəldi -

ABŞ Prezidenti Co Baydenin təşkil etdiyi toplantıda maraqlı hadisə baş verib.

Metbuat.az xəbər verir ki, Bayden özü də bilmədən əlindəki vərəqi mediaya nümayiş etdirib. Vərəqdə Baydenin toplantıda necə davranmalı olduğu təlimatlar formasında yazılıb. Məlumata görə, “Ağ ev” nümayəndələri tərəfindən Baydenə təqdim edilən vərəqdə, onun hansı ardıcıllıqla davranacağı maddə-maddə yazılıb. Kağızda yazılan təlimatlar belədir:

“Ruzveltin otağına girəcəksən və iştirakçılara “Salam” deyəcəksən. Media nümayəndələri gələcək və iki dəqiqə brifinq verəcəksən. Media nümayəndələri otaqdan çıxacaq və Liza Sculerə bir sual verəcəksən, sən iştirakçılara təşəkkür edəcək.Sən otaqdan çıxacaqsan”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR