Ermənistanın Rusiya ilə quru əlaqəsi tamamilə kəsildi - FOTO

Gürcüstan leysan yağışları səbəbilə Rusiya Federasiyası ilə sərhədi müvəqqəti bağlayır.

Metbuat.az xəbər verir ki, respublikanın Maliyyə Nazirliyinin verdiyi məlumata görə, Yuxarı Lars ərazisində Terek çayında yaranan selə görə Gürcüstan-Rusiya sərhədi istiqamətində yol bağlanıb.Qeyd olunur ki, Mtsxeta-Stepantsminda-Lars yolunun 136-cı kilometrliyindəki hissəsi zədələnib.

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib ki, hava şəraiti yaxşılaşdıqdan və bərpa işləri başa çatdıqdan sonra “Kazbeqi” gömrük-keçid məntəqəsi əvvəlki kimi tam gücü ilə fəaliyyətini davam etdirəcək, sərnişinlərin hərəkəti və yüklərin daşınması problemsiz həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, həmin yol Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru maqistraldır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR