Türkiyədən qəti tələb: “Top artıq sizin meydançanızdadır”

Madriddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İsveç, Finlandiya və NATO liderləri arasında toplantı keçiriləcək.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın belə açıqlama verib. O bildirib ki, müzakirənin mövzusu İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəməsi ilə bağlıdır. Kalın bildirib ki, Türkiyə qarşı tərəfin terrora dəstək verməsindən narahatdır və bununla bağlı tələblər irəli sürüb. “Biz tələblərimizdə qətiyik. Bunu onlara dedik. Top artıq onların meydanındadır” - Kalın deyib.

Qeyd edək ki, bu gün Madrid şəhərində NATO liderlərinin toplantısı başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR