Rusiya iri ticarət mərkəzini buna görə bombalayıb:

Rusiya Ukraynanın Kremençuq şəhərində iri ticarət mərkəzinin bombalanmasının səbəbini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kremençuqda ABŞ və Avropa istehsalı olan silahlar, zirehli texnikalar olub. Ticarət mərkəzindəki irimiqyaslı yanğına ərazidə olan silahların səbəb olduğu irəli sürülüb. Son hücumlar zamanı 100-dən çox ukraynalı hərbçinin öldüyü açıqlanıb. Ukrayna tərəfi isə iddiaları təkzib edib. Ticarət mərkəzində dinc insanların olduğu və hücum zamanı çox sayda insanın həlak olduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR