“Azərreyl” voleybol klubunun Çağırış kuboku yarışındakı

2022/2023-cü il mövsümündə Azərbaycanı Çağırış kuboku yarışında təmsil edəcək Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun rəqibi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, mübarizəyə 1/32 finaldan başlayacaq komanda “Slovan” (Slovakiya) ilə qarşılaşacaq.

Mərhələnin ilk oyunları noyabrın 22-24-də, cavab qarşılaşmaları isə noyabrın 29-dan dekabrın 1-dək keçiriləcək. Bakı təmsilçisi ilk görüşünü səfərdə keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR