Finlandiyadan İLK AÇIQLAMA: Güzəşt etdik

Finlandiya prezidenti Sauli Ninisto Türkiyə ilə imzalanmış NATO barədə sənədə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, bu razılaşma Finlandiya üçün vacib idi. Dövlət başçısı Türkiyəyə güzəştə getdiklərini ifadə edib.

Qeyd edək ki, Türkiyə ilə Finlandiya və İsveç arasında “Üçlü Memorandum” imzalanıb. Sənədə görə, Finlandiya və İsveç Türkiyənin tələb etdiyi terror, iqtisadi və sanksiyalarla bağlı üzərinə öhdəliklər götürüb. Türkiyə də Finlandiya və İsveçin NATO-ya üzv olması üçün veto qərarını geri çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR