PSJ rəhbərliyinin yeni planı:

Fransanın PSJ klubu Lionel Messi və Neymarla yollarını ayıra bilər.

Metbuat.az-ın məlumatına görə, bu barədə jurnalist Pedro Morata tviter hesabında yazıb.

O bildirib ki, idman direktoru Luis Kampos və yeni baş məşqçi təyin olunacaq Kristof Qaltyenin irəli sürdüyü yeni layihəyə bu iki oyunçu uyğun deyil. Rəhbərliyin planı Neymar ve Messi ilə yollarını ayıraraq yeni PSJ və daha rəqabətli komanda qurmaqdır.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustundan, Neymar isə 2017-ci ildən Paris təmsilçisində çıxış edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR