“NATO qüvvələrinin Finlandiya ərazisinə yerləşdirilməsinə ehtiyac yoxdur”.
Metbuat.az xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto belə açıqlama verib. O bildirib ki, hazırda Finlandiya NATO qüvvələrinin ölkəyə yerləşməsini planlaşdırmır. Diplomatın sözlərinə görə, Finlandiya-Rusiya sərhədində hazırda təhlükə mövcud deyil.Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Finlanddiya və İsveçin NATO-ya qoşulmasının əleyhinə olmadığını bəyan etmişdi:
“Rusiyanın Finlandiya və İsveçlə problemi yoxdur. İki ölkənin NATO-ya üzvü olması Rusiyanı narahat etmir. Lakin NATO oraya hərbi qüvvələrini yerləşdirərsə, cavab vermək və onların torpaqları üçün oxşar təhdid yaratmaq məcburiyyətində qalacağıq”.