Türkiyə Ukrayna taxılını daşıyan Rusiya yük gəmisini saxladı

Türkiyə Ukrayna taxılının daşındığı iddia edilən Rusiya yük gəmisini saxlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat yayıb.

“Biz Türkiyə ilə tam əməkdaşlıq edirik. Hazırda gəmi limanın girişində dayanır. O, Türkiyə gömrük orqanları tərəfindən saxlanılıb”, - səfir bildirib.

Bodnar əlavə edib ki, Rusiya gəmisinin taleyi müstəntiqlərin bazar ertəsi, iyulun 4-də keçiriləcək iclasında həll olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR