Şərurda avtomobil velosipedçini vuraraq öldürüb

İyulun 1-də saat 22 radələrində Şərur rayonunun Danyeri kəndi ərazisində Muğanlı kənd sakini İ.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında velosiped sürən Xanlıqlar kənd sakini Elsevər Arzumanovu vurub.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən E.Arzumanov iyulun 2-də ölüb.

Faktla bağlı Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR