"Barselona" danimarkalı ulduzu transfer etdi -

İspaniyanın “Barselona” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Metbuat.az xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin “Çelsi” komandasından ayrılan Andreas Kristenseni heyətinə qatıb.

26 yaşlı danimarkalı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Barselona” daha əvvəl İtaliya “Milan”ından Frank Kessyeni transfer edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR