SOCAR və “Özbəkneftqaz” arasında yol xəritəsi imzalanıb - FOTOLAR

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın “Özbəkneftqaz” şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üzrə yol xəritəsi imzalanıb.

Metbuat.az xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, SOCAR prezidenti vəzifəsininin müvəqqəti icraçısı Rövşən Nəcəf özünün “Twitter” profilində yazıb.

R. Nəcəf qeyd edib ki, “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri Mehriddin Abdullayev ilə keçirilən görüşdə iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi üzrə yol xəritəsi imzalanıb.

Yol xətitəsini “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri Mehriddin Abdullayev və SOCAR prezidenti vəzifəsininin müvəqqəti icraçısı Rövşən Nəcəf imzalayıblar.

Qeyd edək ki, R. Nəcəf bu gün nümayəndə heyətinin tərkibində Özbəkistana səfər edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR