Pərviz Şahbazov OPEC-in rəhbərinin vəfatı ilə bağlı başsağlığı verib

“Ən mürəkkəb dövrdə neft bazarının tənzimlənməsində əvəzsiz xidmətləri olan əziz dostum M.S.Barkindonun vəfatı məni çox kədərləndirdi”.

Metbuat.az xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC)-in baş katibinin vəfatı ilə bağlı başsağlığı verən energetika naziri Pərviz Şahbazov deyib.

O, qeyd edib: “Onun tərcümeyi-halı OPEC-in tarixçəsi oldu. OPEC ilə həmyaşıd olması, təşkilatın intibahının onun Baş katibliyi illərinə təsadüf etməsi, OPEC-dəki və həyatdakı missiyasını eyni vaxtda başa vurması nadir rast gəlinən qanunauyğunluq idi.

Allah rəhmət eləsin!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR