Ronaldo gəlmədi, MY isə sabah yola düşür -

Ulduz hücumçu Kriştiano Ronaldo "Mançester Yunayted"in bu gün baş tutan məşqinə də qatılmayıb.

Metbuat.az xəbər verir ki, informasiyanı "Manchester Evening News" yayıb.

Mənbə MY-nin ardıcıl 4-cü məşqini buraxan portuqaliyalı forvardın ailə vəziyyətini bəhanə etdiyini, əslində özünə yeni iş yeri axtardığını vurğulayıb. Xəbərdə Mançester təmsilçisinin hazırlıq prosesini davam etdirmək üçün sabah Avstriyaya yola düşəcəyi də diqqətə çatdırılıb.

Qeyd edək ki, Ronaldonun klubun transfer siyasətindən narazı qaldığı və Çempionlar Liqasında mübarizə aparan komandada oynamaq istədiyi üçün "Mançester Yunayted"dən ayrılmaq istədiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR