15 gün öncə evlənən cütlük qəzaya düşdü,

Qaraməryəm-İsmayıllı yolunda, rayonun Qarakolluq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, betonqarışdıran maşın qarşıdan gələn Göyçay rayonunun Alxasava kənd sakini, 1992-ci il təvəllüdlü Şükran Cəfərovun idarə etdiyi 23-BG-945 dövlət nömrə nişanlı "VAZ-2104" markalı minik avtomobilinə çırpılıb.

Yük avtomobilinin sürücüsü həmin an nəqliyyat vasitəsini dayandıra bilmədiyi üçün betonla dolu maşın "VAZ-2104"ün üstündən keçərək faciəyə səbəb olub. Hadisə zamanı minik avtomobilinin sürücüsü Şükran Cəfərov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib, onun həyat yoldaşı yaralandığı üçün xəstəxanaya aparılıb.

Məlumata görə Şükran Cəfərov 15 gün öncə ailə həyatı qurub, bu gün faciəli şəkildə dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR