Azərbaycan idmançısı Avropa Kuboku yarışlarında gümüş medal qazanıb

Ruslan Lunyov 25m Lapua Avropa Kubokunun üçüncü təsnifat mərhələsində iştirak edərək iki gümüş və bir qızıl medal qazanıb.

Metbuat.az xəbər verir ki, Ruslan Lunyov Avropa Kubokunun sentyabrda Lissabonda keçiriləcək final yarışına vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa Atıcılıq Federasiyasının yarışlarından olan 25m Lapua Avropa Kuboku 6-10 iyul tarixlərində Estoniyanın Tallinn şəhərində baş tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR