Şri-Lanka Prezidenti Maldiv adalarına qaçıb

Şri-Lanka Prezidenti Qotabaya Racapaksanın ölkədən qaçdığı təsdiqlənib.

Metbuat.az xəbər verir ki, yerli dairələr onun hərbi təyyarə ilə Maldiv adalarına qaçdığını bildirib. Məlumata görə, o hələ istefa verməzdən əvvəl ölkədən qaçmağa cəhd göstərsə də, qarşısı alınmışdı.

Qeyd edək ki, parlamentin ölkə iqtisadiyyatının böhranda olduğunu açıqlamasından sonra ölkədə etiraz aksiyalar başlayıb. Etirazçılar Prezidentin və baş nazirin iqamətgahlarını ələ keçiriblər. Prezident etirazçıların hücumundan bir müddət əvvəl saraydan qaçıb. Ardınca Prezident istefa verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR