“Valensiya” heyətini yeni futbolçu ilə gücləndirdi

“Valensiya” heyətini yeni futbolçu ilə gücləndirib.

Metbuat.az xəbər verir ki, ispan klubu "Milan"dan Samuel Kastilyexonu transfer edib. 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kastilyexo 2018-ci ildən "Milan"da çıxış edirdi.

O, bu komanda ilə 113 oyunda 10 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR