Estoniya hökuməti istefa verdi

Bu gün Estoniyanın Baş naziri Kaya Kallas hökumətə öz istəyi ilə istefa vermək qərarına dair rəsmi məlumat verdi və bütün hökumət Baş nazirlə birlikdə istefa verdi.

Bu barədə Metbuat.az Estoniya Hökümətinin rəsmi saytına istinadən xəbər verir.

Baş nazir qeyd edib ki, onun rəhbərlik etdiyi hökumət ölkəyə çox çətin bir zamanda - COVID-19 pandemiyası, Rusiyanın Ukraynaya qarşı müharibəsi və enerji böhranının baş verdiyi zamana təsadüf edib: "Çətin vaxtlara baxmayaraq, biz Estoniya dövlətini daha da gücləndirmək və xalqımıza dəstək olmaq üçün çoxlu yaxşı və böyük işlər görmüşük. Pandemiya zamanı biz cəmiyyəti açıq saxladıq və uşaqları məktəbdə saxladıq, insanlara yüksək enerji qiymətlərinin öhdəsindən gəlməyə kömək etdik, Estoniyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə bir milyard avro sərmayə qoyduq və NATO-nun şərq cinahının müdafiəsinin gücləndirilməsinə nail olduq və Ukraynanın ən böyük dəstəkçilərindən biri olduq. Bir il yarım ölkəyə birlikdə rəhbərlik etdiyimiz nazirlərə minnətdaram. Estoniya etibarlı əllərdədir”, - Kallas bildirib.

Kallas, həmçinin cümə günü parlamentin növbədənkənar iclasını çağırmağı təklif edib və burada İsamaa və Sosial Demokrat Partiyası ilə yeni hökumət koalisiyası üçün mandat istəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR