Qabaqcıl klubların formasını geyinən Aleksandr Pato, Türkiyədə futbol oynamağa yaxındır.

Metbuat.az xəbər verir ki, bu barədə İtaliyanın “Tuttomercato” portalı məlumat yayıb. İddialara görə, Pato “Konyaspor” klubu ilə danışıqlar aparır. “Milan”, “Çelsi” kimi nəhəng klubların formasını geyinən hücumçunun “Orlando City” ilə müqaviləsi başa çatmaq üzrədir. 32 yaşlı futbolçunun Türkiyədə forma geyinmək istədiyi bildirilir. “Konyaspor” çempionatı 3-cü yerdə tamamlayaraq UEFA Konfrans Liqasında mübarizə aparmaq hüququ əldə edib.

Qeyd edək ki, müxtəlif vaxtlarda “Fənərbaxça”, “Galatasaray” və “Beşiktaş” Patonu transfer etmək üçün səy göstərsə də, hücumçudan rədd cavabı almışdı.