Rusiya müharibənin dayanması üçün Ukrayna qarşısında 3 şərt irəli sürüb.
Metbuat.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin köməkçisi Andrey Rudenko belə açıqlama verib. O bildirib ki, sülh müqaviləsinin imzalanması üçün Ukrayna "neytral" və "nüvəsiz" ölkə olmalıdır. 3-cü şərt isə Ukrayna Rusiyanın Krım üzərində suverenliyini, qondarma Donetsk və Luqansk respublikalarının statuslarını qəbul etməlidir.
Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukraynanın torpaq güzəştə getməyəcəyini bildirmişdi.