"Barselona"dan transfer bombası: ŞOK məbləğə heyətinə qatdı

Almaniyanın "Bavariya" futbol klubunun polşalı hücumçusu Robert Levandovski İspaniyanın "Barselona" klubu ilə 3 illik müqavilə imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” telekanalının jurnalisti Fabrisio Romano bildirib.

Onun məlumatına görə, "Bavariya" 33 yaşlı futbolçunun "Barselona"ya transferi üçün 50 milyon avro alacaq. Qeyd edilir ki, klublar cümə günü yekun razılığa gəliblər, Levandovskinin transferi həftə sonu açıqlanacaq.

Levandovskinin "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Mayın 30-da futbolçu komandadan ayrılmaq niyyətində olduğunu bildirərək, klubla əməkdaşlıq müddətinin başa çatdığını qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR