Bazarda satıcının bu görüntüləri müzakirələrə səbəb oldu -

Türkiyədə bazarların birində çəkilmiş video bir çox müzakirələrə səbəb olub.

Metbuat.az "Haber Global"a istinadən xəbər verir ki, həmin görüntülərdə alıcı öz bibərlərini seçib satıcıya verir ki, tərəzidə çəksin. Satıcı isə, əlinin arxasına gizlətdiyi əlavə bibərləri paketə əlavə etdikdən sonra tərəziyə qoyur.

Görüntülərdə satıcının bibərlərin arasına əlavə məhsul qoyması tənqidlərə səbəb olub. Sosial şəbəkələrdə bəzi istifadəçilər əlavə bibərləri yaxşı niyyətlə qoyduğunu düşünürdülər, bəziləri isə bunun artıq mal satmaq üçün olduğunu irəli sürüblər. Digər şərhlər isə satıcının bunu çürük məhsulları satmaq məqsədi ilə etdiyi olub. Mübahisəyə səbəb olan görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR