Futbolda inqilabi YENİLİK EDİLDİ:

Futbolda inqilabi yenilik edilib.

Metbuat.az xəbər verir ki, “Köln” və “Milan” arasında keçirilən yoldaşlıq görüşündə ilk dəfə futbolçulara kamera quraşdırılıb. Bildirilir ki, hər futbolçunun geyiminin sinə nahiyyəsinə yerləşdirilən kiçik kamera ilə qarşılaşma lentə alınıb. Məlumata görə, bu kamera vasitəsilə həm oyun epizodları tamaşaçılara təqdim ediləcək həm də lentə alınmış görüntülərdən “VAR” qərarlarının verilməsi zamanı istifadə ediləcək. Oyun zamanı “Köln” klubunun müdafiəçisi Hübersin üzərinə quraşdırılmış kamera “Milan”ın hücumçusu Jirunun vurduğu qol qeydə alıb.

Bu qol futbolçu üzərinə yerləşdirilmiş kamera ilə lentə alınan ilk qol kimi futbol tarixinə düşüb. Texnologiyadan nə vaxt geniş istifadə ediləcəyi barədə məlumat verilmir. Məlumat üçün qeyd edək ki, qarşılaşma İtaliya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR