Konfrans Liqası: "Qəbələ", "Zirə", "Neftçi"nin rəqibləri bəlli oldu

Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Metbuat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Neftçi”nin potensial rəqibi müəyyənləşib.

II raundda Kipr klubu “Aris”lə qarşılaşacaq Premyer Liqanın gümüş mükafatçısı rəqibini üstələyəcəyi təqdirdə növbəti mərhələdə “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə görüşəcək. “Ağ-qaralar” ilk matçını evdə keçirəcək.

"Qəbələ" isə II təsnifat mərhələsində “Fehervar”la üz-üzə gələcək Premyer Liqa klubu macarıstanlıları mübarizədən kənarlaşdırmağı bacarsa, növbəti raundda “Petrokub-Hinçesti” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi ilə görüşəcək. “Qəbələ” – “Fehervar” cütünün güclüsü III mərhələyə evdə başlayacaq.

“Zirə” - “Makkabi” matçlarından üstün ayrılacaq komanda III təsnifat mərhələsində “Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalib ilə qarşılaşacaq. “Zirə” avrokuboklarda yoluna davam edərsə, növbəti raundda ilk görüşünü evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR