Bu ilin altı ayında 35 mindən çox şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyun ayları ərzində 35 min 300 şəxsə əlillik təyin edilib.

Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Onlardan 11 mini ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlardır.

Həmçinin müvafiq dövr ərzində 19 min 300 şəxsə reabilitasiya xidməti göstərilib, 6 min 702 şəxsə 29 min 300 reabilitasiya vasitəsi verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR