Türkiyə XİN-dən İsveçə

İsveçin Ankaradakı Səfirliyinin müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, ona iyulun 21-də İsveçin Höteborq şəhərində terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının həyata keçirdikləri aksiya ilə bağlı xəbərdarlıq edilib.

Nazirlikdən baş verənlərin üçtərəfli memorandumda qeyd edilən öhdəliklərə zidd olduğu bildirilib.

Xatırladaq ki, İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Sammitində NATO-ya üzvlük üçün müraciət edən Finlandiya və İsveç ilə Türkiyə arasında Türkiyənin narahatlığını aradan qaldırmaq üçün üçtərəfli memorandum imzalanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR