“Formula 1” üzrə Fransa Qran-prisində təsnifat mərhələsinin qalibi müəyyənləşdi

Ferrari komandasının pilotu Şarl Lekler “Formula 1” dünya çempionatının 12-ci mərhələsi - Fransa Qran-prisində təsnifat mərhələsinin qalibi olub.

Metbuat.az xəbər verir ki, monakolu ən yaxşı dövrəni 1 dəqiqə 30,872 saniyəyə başa vurub. İkinci yerdə isə “Red Bull” komandasının niderlandlı pilotu Maks Verstappen (0,304 saniyə yubanma) qərarlaşıb. İlk üçlüyü “Red Bull” komandasının meksikalı pilotu Serxio Peres (+0,463) qapayıb.

Fransa Qran-prisi bu gün, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR