Azad edilən ərazilərdə daha 195 mina

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, iyulun 18-dən 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 184, tank əleyhinə 11 mina və 181 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 953 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR