Neftçala rayon sakini Abşeronda itkin düşüb.

Metbuat.az xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, Neftçala rayon sakini olan Cavid Bədəlovun Xırdalan şəhərində yaşadığı və orada itkin düşdüyü bildirilir.

Belə ki, 44 günlük Vətən müharibəsində iştirak edən Bədəlov Cavid Rafiq oğlu Xırdalanda kirayədə yaşadığı evdən 6 gündür çıxıb və bir daha geri qayıtmayıb. Hətta evdən çıxarkən heç bir sənəd götürməyib.

Hazırda Cavid Bədəlovun tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.

Gülər Seymurqızı

Vətən müharibəsi iştirakçısı itkin düşüb -