Messi bombası “partlayır” -

“Pari Sen-Jermen” klubunun hücumçusu Lionel Messi “Barselona”ya geri dönəcək.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniyanın “Sport” qəzeti məlumat yayıb. Bildirilir ki, baş məşqçi Xavi Hernandez klub prezidenti Xoan Laporta ilə görüşərək, Messinin geri dönməsini istəyib. Prezident buna etiraz etməyib.

Qeyd edək ki, bir müddət əvvəl Messi Xaviyə zəng edərək “Barselona”ya geri dönmək istədiyini ifadə etmişdi. İspaniya mətbuatının məlumatına görə, Xavi isə ona məmnun olacağını amma maliyyə məsələlərinə görə qərarı Laportanın verəcəyini bildirmişdi. Maliyyə çətinlikləri ilə üzləşən “Barselona” yeni müqavilələr sayəsində problemləri aradan qaldırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR