Azərbaycan hotellərinin gəliri 63% artıb

Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlər 147 milyon manat gəlir əldə edib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,1 % çoxdur.

6 aylıq gəlirin 58,4 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,5 %-i ictimai iaşə xidmətlərindən, 3,2 %-i müalicə və sağlamlıq xidmətlərindən, 9,9 %-i isə digər xidmətlərin göstərilməsindən əldə olunub.

Hesabat dövründə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 12,4 % səviyyəsində olub ki, bu da 1 il əvvələ nisbətən 3,4 faiz bəndi çoxdur. Bu göstərici Şabranda 90 %, Naftalanda 27 %, Beyləqanda 26,7 %, Qubada 26,5 %, Ağcabədidə 19,6 %, Bakıda 18,6 %, Lənkəranda 17,6 %, Sabirabadda 17,2 %, Şuşada 17,1 %, Qusarda 16,4 %, Qəbələdə 16,4 %, Göyçayda 12,8 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı