“Barselona”nın ulduz futbolçusu “Qalatasaray”la bağlı qərarını verdi -

“Qalatasaray”ın təklif göndərdiyi “Barselona”nın futbolçusu Oskar Minqueza “Selta Viqo”ya transfer olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, tərəflər detalları razılaşdırıb. Futbolçu “Selta Viqo”ya keçməyə razılıq verib. Transferin dəyəri 10-15 milyon avro civarındadır. “Barselona” futbolçunun sonrakı satışından da gəlir əldə edəcək.

Qeyd edək ki, İddialı transfer axtarışında olan “Galatasaray” klubu “Barselona”nın ulduz futbolçusu Oskar Minquezanı Türkiyəyə gətirməyə çalışırdı. Türkiyə təmsilçisi müdafiəçi üçün yüksək məvacibli təklif göndərmişdi. Məlumata görə, təklif müdafiəçinin diqqətini çəkdiyi üçün rədd etməmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR