"Barselona"ya ikinci dəfə qayıtmaq Messinin haqqıdır -

"Barselona"nın baş məşqçisi Xavi PSJ-nin hücumçusu Lionel Messinin Kataloniya təmsilçisinə mümkün qayıdışından danışıb.

Metbuat.az xəbər verir ki, o, argentinalı hücumçunun getməsinə heyfsləndiyini deyib: "Kaş ki, Messinin "Barselona"dakı dövrü bitməsəydi. Düşünürəm ki, o, buraya ikinci dəfə qayıtmağı haqq edir, amma bu, gələn il ola bilər. Onun hazırda başqa klubla müqaviləsi var”.

Xatırladaq ki, Messi 2005-2021-ci illərdə "Barselona"nın əsas komandasında çıxış edib. 2021-ci ildə Messi "Barselona"dan ayrılaraq PSJ-yə keçib.Onun Paris təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayına qədərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR