Avropanın mərkəzində yeni müharibə:

Kosova hökuməti Serbiya ilə gərginliyə səbəb olan milli avtomobil nömrəsi və pasport tətbiqi ilə bağlı qərarını 1 ay təxirə salıb.

Metbuat.az xəbər verir ki, bu barədə Kosova hökumətindən açıqlama verilib.

Qeyd edək ki, Kosova hökumətinin Kosovada yaşayan serblər də daxil olmaqla bütün vətəndaşlar üçün milli avtomobil nömrəsindən və pasportdan istifadəni tətbiq etmək istəməsi gərginlik yol açıb. Buna etiraz olaraq, Kosovadakı serblər Serbiya ilə sərhədi bağlayıb. Ərazidə silah səsləri eşidilsə də, fəsadlar olmayıb. Kosova hökuməti serblərin davranışlarını pisləyib.

Serbiya, 2008-ci ildə təktərəfli müstəqilliyini elan edən Kosovanı hələ də öz ərazisi hesab edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR