Şolz sükutu pozdu:

"Ukraynaya hərbi dəstəyin azaldılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Almaniya kansleri Olaf Şolz edib. Kansler bildirib ki, Rusiyanın Ukraynaya hücumundan sonrakı ilk günlərdən başlayaraq Almaniya Ukrayna Silahlı Qüvvələrini silah və sursatla təmin edib.

"Biz əlimizdə olan hər şeyi Ukraynaya çatdırdıq: tank əleyhinə və zenit sistemləri, minalar, silahlar, tonlarla döyüş sursatı və s. Daha sonra biz daha mürəkkəb və bahalı sistemlərə keçdik. Bu siyahıya özüyeriyən haubitsalar, çoxsaylı buraxılış raketləri sistemlər, zenit sistemləri, əks batareya radarları daxildir. Bu sistemlərin bəziləri o qədər yenidir ki, onlardan çox az bir hissəsi istehsal edilib, bəziləri isə hətta Bundesverə təqdim olunmayıb”,- deyə Şolz qeyd edib.

Kansler onu da bildirib ki, hərbi dəstəyi Ukraynaya nə qədər lazımdırsa, göstərməyə davam edəcəklər.

Qeyd edək ki, bir neçə gün öncə Almaniyanın hava hücumundan müdafiə vasitələrinin Ukraynaya çatdırılması prosesinin ilin sonuna qədər təxirə salına biləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Buna səbəb kimi də Almaniya kansleri Olaf Şolzun icazəsi olmadığı göstərilmişdi.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR