Pelosi Tayvandan Çinə mesaj göndərdi -

“ABŞ Çinin “vahid Çin” prinsipinə hörmət edir. Lakin Tayvanla həmrəylik indi daha önəmlidir”.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Nüməyəndələr Palatasının sədri Nensi Pelosi Taybeydə Tayvan lideri Tsay İnvenlə görüşdən sonra belə deyib. O bildirib ki, ABŞ Tayvanda həmişə təhlükəsizlik baxımından azadlığın olmasını istəyir. Tayvan lideri Tsay İnven isə bildirib ki, Çinin Pelosinin səfərinə qarşı hərbi təlimlər təşkil etməsinin mənası yoxdur. Tayvan lideri Pelosiyə səfərinə görə təşəkkür edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR